AXC-nin 101-ci ildönümü - VİDEO

AXC-nin 101-ci ildönümü - VİDEO
“Son İclas” nümayiş olunub

Bu tarix Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub və Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib.

Bunu YAP sədrinin müavini, Baş Nazirin birinci müavini Əli Əhmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Ə.Əhmədov həmçinin qeyd edib ki, bu gün Azərbaycan Heydər Əliyev ideyaları əsasında daha da güclənir, ölkəmiz günü-gündən inkişaf edir.

Ölkəmizdəki təhlükəsizlik və əmin-amanlıqı xüsusi vurğulayan baş nazirin müavini bildirib ki, Azərbaycan dünyada sabitlik adası kimi tanınır.

Əli Əhmədov yeganə problemimiz torpaqlarımızın işğaldan azad olunması, məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələsinə də toxunub.

O bildirib ki, Azərbaycan müharibə tərəfdarı deyil,ölkəmizin danışıqlar yolu ilə münaqişənin nəticələrinin aradan qaldırılmasına üstünlük verirdiyini vurğulayıb.

Tədbirdə daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə çəkilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filmi nümayiş etdirilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə