Sumqayıtda kimyaçı Zamin Hüseynovun xatirə lövhəsinin açılışı olub

Sumqayıtda kimyaçı Zamin Hüseynovun xatirə lövhəsinin açılışı olub

Sumqayıt şəhərində kimyaçı Zamin Hüseynovun xatirə lövhəsinin açılış mərasimi olub.

REAL ONA-ya istinadla xəbər verir ki, açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Zamin Hüseynovun ailə üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları Zamin Hüseynovun yüksək insani keyfiyyətlərindən, kimya sənayesinin inkişafına verdiyi töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, Zamin Hüseynovun əziz xatirəsi heç zaman unudulmayacaqdır.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mərkəzi küçələrindən birinə kimyaçı Zamin Hüseynovun adının verilməsi ilə bağlı imzalanmış sərəncamı mərhumun oğlu Emin Hüseynova təqdim edib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə