Süzgəcdən keçən su - VİDEO

Süzgəcdən keçən su - VİDEO
Regionlardakı laboratoriyalar suyun keyfiyyətinə nəzarət edir

Azərsu Açıq Səhmdar Cəmiyyəti növbəti mərhələdə bütün rayonları əhatə edən regional laboratoriyaların yaradılması layihəsinin icrasına başlaDI və bu 2018-ci ildə başa çatdırıldı.

Beləliklə içməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə verilənə qədər bütün mərhələlərdə periodik nəzarət olunur.

Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarından götürülən nümunələr Qubada yerləşən regional labotatoriyalara təqdim olunur. 

Su nümunələri müxtəlif nöqtələrdən – anbarlardan, nasos stansiyalarından, sosial və ictimai iaşə obyektlərindən götürülür. 

Plan-qrafikə uyğun olaraq 15-20 nöqtədən daxil olur. İçməli suyun 14 fiziki-kimyəvi və 2 bakterioloji nümunəsi üzrə parametrlər təyin olunur. 

Respublikanın bütün bölgələrini əhatə edən bu laboratoriyalarda müasir cihaz və avadanlıqlarla, həmçinin xüsusi nəqliyyat vasitələri ilə təmin olunub. 

Hazırda laboratoriyada yalnız içməli suyun tərkibi öyrənilir. Gələcəkdə bu laboratoriyaların imkanları hesabına tullantı suları da analiz olunacaq. 
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə