Vergilər nazirinin müavini Qusarda vətəndaşları qəbul edib

Vergilər nazirinin müavini Qusarda vətəndaşları qəbul edib

Vergilər nazirinin müavini Sahib Ələkbərov Qusar rayonundakı Vergi ödəyicilərinə xidmət mərkəzində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.

REAL Report-a istinadla xəbər verir ki, qəbulda vergi ödəyicilərinin öz fəaliyyətlərini şəffaf şəkildə qurmalarına mane olan amillər, vergilərin hesablanması, ödənilməsi, e-qaimələrin tətbiqi, vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotu, habelə vergi inzibatçılığı sahəsində qarşılaşdıqları bir sıra məsələlər qaldırılıb.

Vətəndaşların müraciətləri dinlənilib, onların bəziləri yerindəcə həll olunub, digərləri barədə Nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə