Avropa liqasının final oyununa hazırlıq - VİDEO

Avropa liqasının final oyununa hazırlıq - VİDEO
Biletli tamaşaçılar ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

Mayın 29-da Bakıda keçiriləcək Avropa liqasının final oyununa Bakı Nəqliyyat Agentliyi tam hazırdır.

REAL xəbər verir ki, görülən işlərlə bağlı agentliyin mətbuat katibi Mais Ağayev məlumat verib.

O, bildirib ki, 19 may tarixində nəqliyyat sisteminin tənzimlənməsi və idarə olunması üzrə koordinasiya şurası yaradılıb: "Kordinasiya şurasına sədrlik etmək Bakı Nəqliyyat Agentliyinə həvalə edilib. Futbol finalını izləməyə gələn azarkeşlərin daşınması üçün BNA tərəfindən nəqliyyat planı hazırlanıb, müxtəliof istiqamətlər üzrə marşrutlar müəyyənləşib. Bu Marşrutlar Heydər Əliyev Beynəlxalq hava limanı, Bakı Olimpiya stadionu və şəhərin müxtəlif yerlərində müəyyən olunan əraziləri bir-biri ilə əlaqələndirir. Bu yerlərin hazır vəziyyətə gətirilməsi üçün UEFFA təcrübəsindən istifadə edilib".

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev qeyd edib ki, Avropa liqasının final oyununun təşkili zamanı nəqliyyat əməliyyatlarının operativliyi və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması üçün Bakı Nəqliyyat Agentliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə 24 saat fəaliyyət göstərən qərargah yaradılıb.

Onun sözlərinə görə, qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə