Aero dans komandamız finalda! - VİDEO

Aero dans komandamız finalda! - VİDEO
Erməni gimnastlar həlledici mərhələyə vəsiqə qazanıb

Milli gimnastika arenasında keçirilən aerobika üzrə Avropa çempionatı davam edir. İkinci yarış günü iştirakçılar aero dans, fərdi, trio, qarışıq cütlük və qrup şəkilində bacarığını nümayiş etdirib.

Aero dans növündə mübarizə aparmış qrup komandamız təsnifat mərhələsində hakimlərdən 17,350 xal alaraq ikinci yeri tutub.

Bu nəticə ilə komandamız finalda iştirak etmək hüququ qazanıb.

Əminliklə demək olar ki, gimnastlarımız final mərhələsinin də favoritlərindən hesab olunur.

Trio növündə isə heyəti Rusiya komandası mükafatlara əsas namizəddir.

Heyətində 2 erməni əsilli gymnast olan şimal qonşularımız da həlledici mərhələyə vəsiqəni təmin ediblər. 

Fərdi yarışlarda 4 təmsilçimiz bacarığını nümayiş etdirib. Onlardan Xoşqədəm Quliyevanın çıxışı 18,400 xalla qiymətləndirilib.

Nərminə Hüseynova isə 17,400 xala qane olub. Heyəti Emiliya Quliyeva, Vladimir Dolmatov və Elçin Məmmədovdan ibarət triomuz 19,150 xalla ilk onluqda qərarlaşıb.

Qeyd edək ki, həm yeniyetmə, həm də böyüklərdən ibarət aerodans komandalarımız medallar uğrunda mübarizəni davam etdirir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə