Ukraynada nəsimi izi - VİDEO

Ukraynada nəsimi izi - VİDEO
İmadəddin Nəsiminin heykəli ucaldıldı

İmadəddin Nəsimi  sərhədləri aşan böyük Azərbaycan şairi. Ona görə sərhədləri aşan ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş Nəsimi tək Azərbaycanda deyil, azərbaycan hüdudlarından kənarda da sevilir. Nəsiminin heykəlinin Ukraynada paytaxt Kiyevdə ucaldılması, onu deməyə əsas verir ki, şairin zəngin yaradıcılığı və fəlsəfi düşüncələri bəşəri duyğulara söykənir. Nəsiminin abidəsi ölkəmizin Ukraynadakı səfirliyinin və Kiyev şəhər meriyasının birgə təşəbbüsü ilə ucaldılıb. 

Kiyev şəhrinin meri Vitali Kliçko son bir ildə Kiyevin mərkəzində Müslüm Moqamayevin və İmadəddin Nəsiminin heykəllərinin açılmasını ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına əsaslı təkan verəcəyini bildirib. 

Bu gün Azərbaycan və Ukrayna dövləti dahi şair İmadəddin Nəsiminin Kiyev şəhərində abidəsinin açılışı ilə aralarında olan məsafəni daha da yaxınlaşdırmış oldu. Mən çox şadamki, tədbirə qatılanlar abidənin açılışını hər iki ölkənin dövlət himnlərinin sədaları altında, əllərini ürəklərinin üzərinə qoyaraq izlədilər Bu isə onu göstərir ki, hər bir Azərbaycanlı Ukraynanı,Ukraynalılar isə Azərbaycanı öz evi kimi qəbul edir. Bizim qarşımızda duran əsas məqsəd isə, mədəniyyət və idman sahələrində layihələr həyata keçirtməklə ölkələrimizi və şəhərlərimizi bir-birilərinə dahada yaxınlaşdırmaqdır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov NəsimiNİN klassik dünya poeziyasında öz dəsti xətti ilə seçilən,yaradıcılığında Azərbaycan dilinin inkişafına xüsusi yer ayıran ,ideyaları uğrunda son nəfəsinə qədər mübarizə aparan tarixi şəxsiyyət olduğundan danışdı. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev isə heykəlin ucaldılmasını Nəsiminin 650 illik yubileyinə dəyərli töhfə adlandırdı. Sıra müəllifə Ukraynanın xalq rəssamı,tanınmış heykəltaraş Seyfəddin Qurbanova çatdı. Onun qəzəllərindən səsləndirilən parçalarla Nəsimini ruhu abidəsi ucalan məkanda bir daha anıldı.«Dünya duracaq yer deyil, ey can, ondan səfər eylə», Məkansız oldu Nəsimi, məkanı yoxdur anın deyən şairin bu gün hər yer məkanıdır. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə