Afad Qurbanov-90 - VİDEO

Afad Qurbanov-90 - VİDEO
Görkəmli dilçi alimə həsr olunmuş xatirə gecəsi keçirilib

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Görkəmli dilçi-alim, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi Afad Qurbanovun 90 illik yubileyinə həsr olunan xatirə gecəsi təşkil olunub. Əvvəlcə Afad Qurbanova həsr olunan sənədli film nümaiş olunub. 

Daha sonra bədii qiraət xatirələri dinlənililib və daha sonra tanınmış incəsənət xadimlərinin iştirakı ilə Azərbaycan milli musiqisi səsləndirilib. 

Xatirə gecəsində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəlilləri, elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Afad Qurbanov dilçiliyin bir sıra sahələrinin əsasını qoyub, Azərbaycan dilçiliyi, onomalogiya, ümumi dilçilik, türkoloji dilçilik, bədii mətnin linqvistik təhlilinə dair filoloji elmi məktəb yaradıb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə