AFFA İcraiyyə Komitəsinin üzvü: Mxitaryan gəlmək istəmirsə, təyyarəyə məcbur mindirib gətirmək olmaz

AFFA İcraiyyə Komitəsinin üzvü: Mxitaryan gəlmək istəmirsə, təyyarəyə məcbur mindirib gətirmək olmaz

"Avropa Liqasının final oyunu Bakıda keçirilir. Bundan böyük canlanma ola bilməz".

REAL ONA-ya istinadla xəbər verir ki, bunu AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axudov deyib. 

Bu gün Dənizkənarı Bulvarda Azarkeş Festivalına qatılan Axundov mayın 29-da Bakı Olimpiya Stadionunda "Çelsi" ilə "Arsenal" arasında keçiriləcək Avropa Liqasının final görüşü barədə fikirlərini bölüşüb. O bildirib ki, bu gün bütün idman ictimaiyyəti bu tədbirlə yaşayır: "Həm stadion, həm infrastruktur; bir sözlə, hər şey tam hazırdır. Düşünürəm ki, bu, Azərbaycan üçün bayram olacaq".

O, "Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanın Bakıya gəlməməsi məsələsinə də münasibət bildirib. Axundov bunu yarımmüdafiəçinin şəxsi problemi ilə əlaqələndirib: "Bu, qaldı tarixdə. Azərbaycan və UEFA tərəfindən təhlükəsizliklə bağlı təminat verildi. İnsan özü gəlmək istəmirsə, təyyarəyə məcbur mindirib gətirmək olmaz. Şəxsi problemi idi. Azərbaycanda keçirilən turnirlərdə dəfələrlə Ermənistan idmançıları iştirak ediblər. Dövlət səviyyəsində tam zəmanət verilir, heç bir problem də ola bilməz. Sadəcə, onlar bu dəfə məsələni siyasiləşdirmək istədilər. Bu da təbii ki, alınmaz".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə