Çində Azərbaycan pavilyonu - VİDEO

Çində Azərbaycan pavilyonu - VİDEO
Sərgidə Azərbaycanın iqtisadi potensialı əks etdirilir

Çinin liman şəhəri Çindaoda Şanxay Əməkdaşlıq Təşkilatının üç günlük investisiya və ticarət sərgisində Azərbaycan məhsuları iki pavilyonda nümayiş olunur.
Birinci pavilyonda Azərbaycanın iqtisadi potensialına, əlverişli sərmayə və biznes mühitinə, ölkəmizdəki sənaye parklarında xarici investorlar üçün yaradılan şəraitə dair materiallar, bukletlər, videoçarxlar nümayiş olunur.  Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən regional nəqliyyat-tranzit layihələrinə, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı dəniz ticarət limanı də daxil olmaqla Transxəzər beynəlxalq nəqliyyat marşurutu haqqında məlumatlar təqdim olunur. İkinci pavilyonda isə “Made in Azerbaijan” brendi ilə istehsal olunan şərab və spirtli içkilər, qurudulmuş meyvələr, mineral sular, meyvə şirələri, zəfəran, çay və mürəbbələr nümayiş olunur. Tədbirin Regional iqtisadi və ticarət əməkdaşlığı forumunda çıxış edən Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən olduğunu, ölkəmizin özünün iqtisadi potensialı ilə bu strategiyanın həyata keçməsinə böyük töhfələr verdiyini diqqətə çatırdı.

Ziyarətçilərə Azərbaycanın turizm potensialı, ölkəmizdə müasir standartlara cavab verən turizm mərkəzlərinin fəaliyyəti haqqında məlumat verilir. 

2018-ci ilin sentyabrında Çinin qərb bölgəsində yerləşən Siçuan vilayətinin Lucou şəhərində “Azərbaycan Ticarət Evi” açılıb. Bizim şirkət Azərbaycan Ticarət Evinin açılmasında və fəaliyyətində Azərbaycanın müvafiq qurumları ilə sıx əməkdaşlıq edir. Biz ticarət evində Azərbaycan məhsullarının topdan və pərakəndə satışını, habelə sərgisini təşkil edir. Bundan başqa, bizim şirkətin supermarketlər şəbəkələrində Azərbaycan məhsulları satılır. Qeyd etməliyəm ki, Çinlilərin Azərbaycan kənd təsərrüfatı məhsullarına, xüsusən nar şirələrinə marağı böyükdür. Gələcək planlarımızda Azərbaycan ilə əməkdaşlığın genişləndirərək, yeni layihələr həyata keçirməyi düşünürük.

Şanxay Əməkdaşlıq Təşkilatının ilk sərgisində Azərbaycanı da görməkdən məmnunuq. Bildiyim qədər, sərgidə Azərbaycanın 8 şirkətinin məhsulları nümayiş olunur. İstərdik ki, gələcəkdə şəhərimizin marketlərində də Azərbaycan məhsullarını görək. Əminəm ki, sakinlərimiz bu məhsulları bəyənəcəklər. Bundan başqa, Azərbaycan ilə mədəni sahədə də əməkdaşlıq etmək istərdik. İnsanlar arasında mübadilə xalqlarımızın dostluğunun möhkəmlənməsinə müsbət təsir göstərəck. 

Çin Beynəlxalq Ticarət Palatasının, Çindao Şəhər Xalq Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən sərgi-forum Şanxay Əməkdaşlıq Təşkilatında təmsil olunan tərəflər arasında ticari-iqtisadi əməkdaşlığın genişlənməsi məqsədi daşıyır. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə