Bakı Limanında festival keçirilir

Bakı Limanında festival keçirilir

Bakı Dəniz Limanı Mərkəzi Avrasiya regionunda mühüm nəqliyyat və loqistika qovşağına çevrilməkdədir və dünyanın aparıcı limanları, nəqliyyat və loqistika şirkətləri ilə faydalı iş birliyi qurur.

Bu barədə Baki Limanında "Port Festival-2019" açılışı çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, yeni Bakı Limanında müasir dünya standartlarına uyğun yaradılan infrastruktur, görülən işlərin ölkəmizə, o cümlədən ətraf rayon və qəsəbələrdə yaşayan əhalinin sosial rifahına göstərəcəyi müsbət təsirindən, əlavə iş yerlərinin açılması və görülmüş digər tədbirlərlə ictimaiyyəti tanış etmək baxımından "Port Festival"ın keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, mayın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında açıq qapı günü formatında "Port Festival 2019" keçirilir.

Xəzər dənizi regionunda ilk dəfə bu formatda keçirilən tədbirdə Bakı və Şirvan şəhərləri, Qaradağ, Salyan, Hacıqabul, Sabirabad, Neftçala rayon sakinləri, məktəbli və yeniyetmələr iştirak edir, yeni və müasir standartlara uyğun inşa edilən liman ilə tanış olmaq imkanı qazanırlar.

Tədbirdə nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən dövlət və özəl şirkətləri, diplomatlar, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, maraqlı hissələrdən biri isə Dövlət Sərhəd Xidmətinin helikopterinin liman akvatoriyasında xilasetmə əməliyyatının, Fövqəladə Hallar Nazirliyinin xilasetmə kater və avadanlıqlarının nümayişi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus gəmi ilə gəzintinin təşkil edilməsi olub. Eyni zamanda, liman əməkdaşları tərəfindən Bakı Limanının texniki və əməliyyat imkanları nümayiş etdirilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə