Əmrə Bələzoğlu Fənərbaxça-ya qayıda bilər

Əmrə Bələzoğlu Fənərbaxça-ya qayıda bilər

Türkiyə milli komandasının futbolçusu Əmrə Bələzoğlu “Fənərbaxça”ya keçə bilər.

REAL ONA-ya istinadla xəbər verir ki, “sarı-lacivərdlilər” sabiq yarımmüdafiəçisini geri qaytarmaq niyyətindədir.

39 yaşlı futbolçunun dörd ildir şərəfini qoruduğu “Başakşəhər”lə müqaviləsi bu yay sona çatır. Əmrə Bələzoğlunun özü də sabiq komandasına dönmək istəyindədir.

Qeyd edək ki, futbolçu 2008-12 və 2013-15-ci illərdə “Fənərbaxça”nın şərəfini qoruyub. O, dörd il əvvəl müqaviləsi yenilənmədiyi üçün İstanbulun digər komandasına keçməli olmuşdu.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə