Yaxın günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları istifadəyə veriləcək

Yaxın günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları istifadəyə veriləcək

Yaxın günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksində və Nəqliyyat Qovşağında saxlama kameraları sərnişinlərin ixtiyarına veriləcək.

REAL ONA-ya istinadla xəbər verir ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb.

Tablolarda həm qovşaq daxilində  olan istiqamətlər, həm də kompleks ərazisində yerləşən xidmət sahələri göstərilib. Sürücülər üçün Nəqliyyat Qovşağının, eləcə də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin giriş-çıxış hissələrində qaydaları əks etdirən nişanlar yerləşdirilib.

Qeyd edək ki, bir müddət öncə Nəqliyyat Qovşağından istifadə edən sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə pulsuz araba xidməti istifadəyə verilib.  Sərnişinlər heç bir məbləğ ödəmədən yüklərini bu arabalar vasitəsilə daşıya bilir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə