Hesablama Palatası auditorların sayının azaldılmasının səbəbini açıqlayıb

Hesablama Palatası auditorların sayının azaldılmasının səbəbini açıqlayıb

"Hesablama Palatası fəaliyyət göstərdiyi son 18 il ərzində 5 auditor ilə fəaliyyət göstərib, 2 auditor həmişə vakant olub. Yəni ciddi ehtiyac olmadığı üçün və büdcə xərclərinə optimal yanaşma baxımından biz bu dəyişikliyi etmişik".

REAL ONA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, Hesablama Palatasının fəaliyyətində heç bir dəyişiklik yoxdur.

Qeyd edək ki, keçən ilin oktyabrında Milli Məclisin Daxili Nizamnaməsinə edilən dəyişikliyə əsasən auditorların sayı 7-dən 5-ə endirilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə