Azərbaycanda Mediasiya Şurası 2020-ci ilin iyununda fəaliyyətə başlayacaq

Azərbaycanda Mediasiya Şurası 2020-ci ilin iyununda fəaliyyətə başlayacaq

Azərbaycanda mediatorların fəaliyyətinin təşkili və əlaqələndirilməsi məqsədilə yaradılacaq Mediasiya Şurasının 2020-ci ilin iyununda fəaliyyətə başlayacağı gözlənilir.

REAL Report-a istinadla xəbər verir ki, hazırda bununla bağlı müvafiq işlər aparılır.

Şuranın yaradılmasında məqsəd mübahisələrin məhkəməyə qədər həllinin alternativ üsullarının təkmilləşdirilməsindən ibarətdir.

Bundan sonra vətəndaşlar məhkəmədən öncə Mediasiya Şurasına müraciət edəcək və tərəflər arasında barışıq əldə olunarsa, iş məhkəməyə göndərilməyəcək.

Qeyd edək ki, Mediasiya Şurası müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi müsabiqənin nəticələri əsasında təyin edilən üzvlərdən ibarət olacaq.

Şura haqqında əsasnamə hazırlanacaq, Şuranın səlahiyyətləri müəyyənləşdiriləcək və fəaliyyəti təmin ediləcək. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə