Azərbaycan milli komandası Belarusa uduzub

Azərbaycan milli komandası Belarusa uduzub

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama matçını keçirib. 

REAL ONA-ya istinadla xəbər verir ki, Covanni Kapraranın rəhbərlik etdiyi yığma Belarusun paytaxtı Minskdəki hazırlıq prosesi çərçivəsində bu ölkənin millisi ilə ikinci dəfə qarşılaşıb.

Qızıl Avropa Liqasında eyni qrupda mübarizə aparan komandaların duelində rəqib güclü olub.

“Çijovka Arena”da keçirilən görüşdə belaruslular 3:0 hesabı ilə qalib gəlib. Sonradan qarşılıqlı razılıq əsasında daha bir set oynanılıb və bu dəfə Azərbaycan yığması qələbə qazanıb. 

Qeyd edək ki, Azərbaycan və Belarus yığmaları arasında ilk matç 2:2 hesablı bərabərliklə yekunlaşıb. 

Yoxlama oyunu
22 may

Belarus – Azərbaycan – 3:1 (25:14, 25:21, 25:15, 17:25)

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə