“Tarqovı“da xoş ab-hava - VİDEO

“Tarqovı“da xoş ab-hava - VİDEO
Ərazidə məhdudiyyət olmayacaq

Havanın isti olmasına baxmayaraq Fəvvarələr meydanında qələbəlik yaşanır. Kimi şəkil çəkdirir, kimi də kölgədə oturub istirahət edir. 

Fəvvarələr meydanındayıq. Yəni paytaxtın Torqovı kimi tanınan ərazisində.

Bakının ən böyük ən gözəl küçələrinin birində. Burada insan arasında adi günlərdə olduğu kimi yüksək abu-hava var

Son günlər paytaxt Bakıya turistlərin də axını artıb. İndi şəhərin mərkəzində müxtəlif ölkələrdən olan qonaqlara daha çox rast gəlinir.

Fəvvarələr meydanına gələn tursitlər, yerli sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Onların burda alış-verişi, mədəni istirahəti üçün hər cür şərait var. Balacaların da burada istirahəti, onların maraqları nəzərə alınıb.

Mayın 29 da paytaxtda keçiriləcək UEFA Avropa liqasinin final oyunu ilə əlaqədar Fəvvarələrə meydanına vətəndaşların giriş cıxışına məhdudiyyət qoyulacağı barədə məlumat yayılmışdı.

Amma qeyd edimki burada tam sərbəst, rahat, hərəkət var

Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər yerli sakinlərin “Torqovı” kimi tanınan Nizami küçəsinə girişinə qadağa qoyulmasına dair yayılmış xəbərlərə münasibət bildirib.

İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov açıqlamasında bildirib ki, bu barədə mətbuatda verilən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə