Xəzər sahillərindən gələn təhlükə - VİDEO

Xəzər sahillərindən gələn təhlükə - VİDEO
Rusiya MDB ölkələri sərhədlərindəki İŞİD fəallığı ilə bağlı xəbərdarlıq edib

İŞİD terror təşkilatı MDB ölkələrinin sərhədinə 5 minə yaxın silahlı cəmləşdirib.

Bu bəyanatla Rusiya Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov çıxış edib. O, bunu Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələri təhlükəsizlik xidməti rəhbərlərinin taplantısında deyib.

Bu bəyanatdan cəmi bir gün əvvəl isə bəyanatın verildiyi Düşənbədən cəmi 20 kilometr aralıda yerləşən cəzaçəkmə müəssisəsində qiyam baş verdi, 32 nəfər öldü. Ölənlərdən 29-u qiyam qaldıran məhkumlardır. Qiyamı İŞİD terror təşkilatı ilə əlaqədə təqsirli bilinərək cəza alanlar qaldırıblar. Onlar cəzaçəkmə müəssisəsinin əməkdaşlarına bıçaq və digər soyuq silahlarla hücum ediblər, 3 nəfəri girov götürüblər. 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbərinin MDB ölkələrinə xəbərdarlığı ciddi narahatlığa əsas verir. Aleksandr Bortnikov onu da deyib ki, Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistandan olan tərəfdaşlarla əməkdaşlıq nəticəsində İŞİD və digər beynəlxalq terror təşkilatların 8 yuvası aşkar və məhv edilib.

Xüsusi Xidmət Orqanlarının keçmiş əməkdaşı hesab edir ki, Azərbaycandakı vəziyyəti nəzərə alsaq, Xəzərin Orta Asiya sahillərində aktuallaşan problemdən narahatlıq keçirməmək olar.

Tacikistanın paytaxtı Düşənbə yaxınlığndakı Vəhdət cəzaçəkmə müəssisəsində baş vermiş qiyam cəhdi onlarla adamın ölümünə səbəb olan ilk insident deyil.

2018-ci ilin noyabrında ölkənin şimalındakı Xucənd ciddi rejimli cəzaçəkmə müəssisəsində də iğtişaşlar olmuşdu. O vaxt 23 nəfər ölmüş, 5 nəfər xəsarət almışdı.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə