Azərbaycana 8 baş bizon gətirilib

Azərbaycana 8 baş bizon gətirilib

"İDEA İctimai Birliyi ilə birgə nadir və nəsli kəsilməkdə olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə qaytarılması ilə bağlı işlər davam etdirilir".

REAL ONA-ya istinadla xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O qeyd edib ki, tarixən bizonlar Azərbaycan ərazisində məskunlaşıblar və bu gün onlar ölkə təbiətinə qaytarılır: "Azərbaycana 8 baş bizon gətirilib. Bu işlər davam etdiriləcək və mayın sonuna kimi ölkədə bizonların sayı 20-yə çatacaq. Bizonlar bir müddət Şahdağ Milli Parkının İsmayıllı rayonunun ərazisində saxlandıqdan sonra vəhşi təbiətə buraxılacaq".

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə