Boks yığmamızın heyəti müəyyənləşib - VİDEO

Boks yığmamızın heyəti müəyyənləşib - VİDEO
Avropa birinciliyində 11 boksçumuz mübarizə aparacaq

Yeniyetmə boksçularımız Rumıniyanın Qalati şəhərində Avropa birinciliyində mübarizə aparacaq.

Millimizin baş məşqçisi Vaqif Kazımov qitə miqyaslı yarışda 11 boksçuya şans verəcək. 46 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini Nicat Hüseynov qoruyacaq.

Səid Abdullayev 48 kq-da bacarığını nümayiş etdirəcək.

Zaur Qəhrəmanov ağırlığı 50 kq-a qədər olan rəqibləri ilə üz-üzə gələcək.

Əsəd Ağayevlə, Zəlimxan Süleymanov müvafiq olaraq 52 və 54 kq-da mükafatlara iddialıdır.

Məşqçilər heyəti 57 kq-da Turğay Mirzəyevə etimad göstərib.

Orta çəkilərdə Elməddin Ağayev, İsa Novruzlu və Səyadulla Nəsirov rinqə çıxacaq.

Rəmiş Cəfərovla, Cəfər Heydərli ağır çəkilərdə ölkəmizin idman şərəfini qoruyacaq.

Qeyd edək ki, Avropa birinciliyində təsnifat mərhələsinin döyüşləri 24 – 28 may tarixlərində təşkil olunacaq.

Mayın 29-da istirahət edəcək boksçular növbəti 2 gündə yarımfinal görüşlərinə münasibətlərinə aydınlıq gətirəcək.

Qızıl medal uğrunda qarşılaşmalar iyunun 1-də keçiriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə