“Diqlas” sökülür - VİDEO, YENİLƏNİB

“Diqlas” sökülür - VİDEO, YENİLƏNİB
Söküntü işləri bir-iki aya tam başa çatacaq

Paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzinin sökünütü işlərinə artıq start verilib.

Təhlükəsizliyi təmin etmək məqsədi ilə “Diqlas” ticarət mərkəzi hasara alınaraq ərazidə ağır texnika yerləşdirilib. Tullantı, söküntü məhsullarının daşınması üçün isə yük maşınları əraziyə cəlb olunub.

Nizami Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, söküntü işləri 1-2 ay ərzində tam yekunlaşacaq. Burada söküntü işlərini Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

Qeyd edək ki, martın 26-da ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın zamanı 400-dən çox vətəndaşa maddi zərər dəyib. Hadisə ilə bağlı prezident İlham Əliyevin müvaffiq sərəncamına uyğun olaraq, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq üç milyon manat ayrılıb.

Artıq kompensasiyalar paylanıb, Diqlas ticarət mərkəzinda yanğından ziyan görmüş mallarla yanaşı, salamat olanlar da çıxarılaraq sahiblərinə təhvil verilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə