Elmar Məmmədyarov Kolumbiyanın Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Elmar Məmmədyarov Kolumbiyanın Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Luis Antonio Dimate Kardenası qəbul edib.

REAL ONA-ya istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və insanlararası təmasların artırılması məqsədilə tələbə-müəllim mübadiləsinin vacibliyi vurğulanıb.

Luis Antonio Dimate Kardenas ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Elmar Məmmədyarov səfir Luis Antonio Dimate Kardenasa diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə