Dövlət Uşaq Flarmoniyasının açılışı olub - VİDEO

Dövlət Uşaq Flarmoniyasının açılışı olub - VİDEO
Açılışda mədəniyyət naziri iştirak edib

Mədəniyyət naziri Əbülfəs Qarayev Dövlət Uşaq Flarmoniyasının açılışında iştirak edib.

Nazir Əbülfəs Qarayev əsaslı təmir işlərindən sonra binada yaradılan yeniliklərlə tanış olub.

Nazir bildirib ki, bu gün ölkəmizin mədəni həyatında əlamətdar hadisə baş verib: "Nəhayət ki, uzun zamandan sonra Azərbaycanın vacib mədəniyyət müəssisələrinin təmirdən sonra yenidən açılışını təmin etmişik. Dövlət Uşaq Filarmoniyası 1991-ci ildən fəaliyyət göstərir. Bu mədəniyyət ocağından Azərbaycanı beynəlxalq müsabiqələrdə təmsil edən layiqli sənət adamları çıxıb”.

Nazir Dövlət Uşaq Filarmoniyasının Azərbaycan təhsil sisteminin ayrılmaz hissəsi olduğunu qeyd edib: "Burada uşaqlar bir neçə istiqamət üzrə istedadlarını püxtələşdirir, inkişaf etdirirlər. Hazırda burada 500-ə yaxın uşaq təhsilini davam etdirir. Ən əsası odur ki, Uşaq Filarmoniyasında fəaliyyət göstərən iki ciddi sahə var; Uşaq Simfonik Orkestri və Xalq Çalğı Alətləri Orkestri. Yəqin ki, bundan sonra bura gələcək uşaqların sayı da artacaq. Mən fürsətdən istifadə edib bu işin gerçəkləşməsində göstərdiyi təşəbbüs və dəstəyə görə ölkə Prezidentinə təşəkkürümü bildirirəm. Əminəm ki, buranı bitirən uşaqlar gələcəkdə ölkəmizi beynəlxalq tədbirlərdə layiqincə təmsil edəcəklər".

Tədbir bədii hissə ilə davam edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə