Petkim bu il rekord göstəricilərə nail olub

Petkim bu il rekord göstəricilərə nail olub

Dünyada neft-kimya məhsullarına qiymət təzyiqinə baxmayaraq, bu il əsas payı SOCAR-a məxsus olan Türkiyənin "Petkim" neft-kimya kompleksi rekord satış və gəlirliliyə nail ola bilib.

REAL Report-a istinadla xəbər verir ki, bu barədə "Petkim”in baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, kompleksin satışları isə keçən ilin birinci rübü ilə müqayisədə 51% artıb.

Qeyd edək ki, "Petkim" neft-kimya kompleksinin bu ilin birinci rübündə xalis mənfəəti 144 mln. türk lirəsi təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% çoxdur. Cari ilin yanvar-mart aylarında "Petkim"in gəlirləri 2,83 mlrd. lirə təşkil edib.

A. Məmmədov əlavə edib ki, SOCAR-ın Türkiyədəki "Star Rafineri" neft emalı zavodunun (NEZ) istismara verilməsi bu ölkədə yeni investisiyalar üçün imkanlar yaradıb.

“NEZ Türkiyənin hər il artan neft məhsullarına olan tələbatı ödəməyə kömək edəcək”, - deyə A. Məmmədov əlavə edib.

Qeyd edək ki, SOCAR-ın “Star” neft emalı zavodunun illik emal gücü 10 mln. tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 mln. ton), təyyarə yanacağı (1,6 mln. ton), nafta (1,6 mln. ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında “Star” NEZ ilə yanaşı, SOCAR-ın “Petkim” neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə