Qızıl pillə adlı Milli Kinofestival təsis olunub

Qızıl pillə adlı Milli Kinofestival təsis olunub

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni Milli Kinofestival təsis edib.

REAL Trend-ə istinadla xəbər verir ki, “Qızıl Pillə” adlanan Milli Kinovestivalı keçirməkdə məqsəd Azərbaycanda milli kino sənətinin inkişafına dəstək, kinematoqrafiyada peşəkar səviyyənin qorunub saxlanılması və bu sahədə çalışan kinematoqrafçıları həvəsləndirməkdir.

İki ildən bir, noyabr ayında, Bakı şəhərində keçiriləcək festivalda, son iki il ərzində Azərbaycanda istehsal olunmuş bədii və sənədli filmlər iştirak edəcək. Həmçinin, kinofestivalda bir çox nominasiyalar və xüsusi mükafatlar təqdim ediləcək.

Müsabiqənin şərtləri haqda ətraflı məlumatı İttifaqın saytından (Arki.az) əldə etmək mümkündür.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə