Coko Vidodo yenidən İndoneziyanın prezidenti seçilib

Coko Vidodo yenidən İndoneziyanın prezidenti seçilib

İndoneziyanın hazırkı Prezidenti Coko Vidodo ötən ay keçirilən seçkilərin nəticələrinə görə, yenidən dövlət başçısı seçilib.

REAL AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə mayın 21-də İndoneziya Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilir ki, səsvermənin nəticələrinə görə C.Vidodo səslərin 55,5 faizini, onun rəqibi P.Subianto isə 45,5 faizini toplayıb.

Yerli KİV-lərin yaydığı məlumata görə, C.Vidodo həyata keçirdiyi infrastruktur layihələri, ölkəyə xarici investisiyaların cəlb edilməsi və ölkə iqtisadiyyatının ildə təqrbən 5 faiz artımına nail olması nəticəsində geniş ictimaiyyətin dəstəyini qazanıb.

Seçkilərdə onun yeganə rəqibi olan P.Subianto isə səsvermə zamanı yol verilən saxtakarlıqları əsas gətirərək nəticələri tanımadığını bildirib və tərəfdarlarını etiraz aksiyaları üçün küçələrə çıxmağa çağırıb.

İndoneziya hökuməti baş verə biləcək iğtişaşaların qarşısını almaq üçün Cakartaya 30 mindən çox polis və hərbiçi cəlb edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə