Hesablama Palatası 2018-ci il dövlət büdcəsinin icrası barədə rəyini gec təqdim edib

Hesablama Palatası 2018-ci il dövlət büdcəsinin icrası barədə rəyini gec təqdim edib

“Məmur-biznes təmasları gömrük sistemində sıfıra endirilib”.

REAL ONA-ya istinadla xəbər verir ki, bunu bu gün bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov söyləyib.

M.Vahabov deyib ki, şəffaflığın təmin olunması nəticəsində Dövlət Gömrük Komitəsinin 2018-ci ildə 2 milyard 430 milyon manat proqnozu artırılaraq, 3 milyard 190 milyon manat proqnoz müəyyənləşib, 2018-ci ilin sonunda isə bu proqnoz 244 milyon manat artıq yerinə yetirilib: “Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında rəyi komitədə müzakirədən 1 gün əvvəl təqdim edilib, bu rəylə ətraflı tanış olmaq üçün vaxt az olub. Bu rəy daha tez təqdim olunsaydı, yaxşı olardı”.

Baş İdarə rəisi bildirib ki, Dövlət Gömrük Komitəsi proqnozu 2018-ci ildə qarşıya qoyulan proqnozu 108 faiz yerinə yetirib.

Qeyd edək ki, deputat Vahid Əhmədov da Hesablama Palatasının rəyinin millət vəkillərinə bir gün əvvəl təqdim edilməsinə iradını bildirib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə