Azərbaycanda mənzil-kommunal təsərrüfatı xərcləri 1,5 dəfə artıb

Azərbaycanda mənzil-kommunal təsərrüfatı xərcləri 1,5 dəfə artıb

Azərbaycanda mənzil və kommunal təsərrüfatı bölməsinə dövlət büdcəsi xərclərinin 2%-i həcmində və ya 451,5 mln. manat vəsait ayrılıb ki, bu da 2017-ci illə müqayisədə 151,3 mln. manat və ya 1,5 dəfə çoxdur.

REAL Report-a istinadla xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “2018-ci il dövlət büdcəsinin icrası barədə illik hesabat”da öz əksini tapıb.

Artım 2017-ci illə müqayisədə yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların bərpası, yenidən qurulması və abadlaşdırılmasına 90,8 mln. manat, “Azərsu” ASC-yə 22 mln manat, “Azəristiliktəchizat” ASC-yə 14,1 mln. manat çox vəsaitin ayrılması ilə bağlıdır. Həmçinin ilk dəfə olaraq 20 il və daha çox xidmət etmiş, işləyən və ehtiyatda olan hərbi qulluqçılların mənzillə təmin olunması və onlara pul kompensasiyasının verilməsinə 29,5 mln. manat vəsait sərf edilib.

İqtisadi təsnifata uyğun olaraq, mənzil kommunal təsərrüfatı bölməsindən (451,5 mln. manat) abadlaşdırma xidmətləri haqqının ödənilməsiə 201,5 mln. manat ( 2017-ci illə müqayisədə 45,2 mln. manat və ya 28,9% çox), məhsula görə (təşkilatlarda yaranmış zərərin örtülməsi üçün) ödənişlərə 92,1 mln. manat (2017-ci illə müqayisədə 51,8 mln. manat və ya 2,3 dəfə çox), yolların əsaslı təmirinə 40,3 mln. manat (2017-ci illə müqayisədə 1,5 mln. manat və ya 3,9% çox), mənzil fondunun əsaslı təmirinə 45,9 mln. manat (2017-ci illə müqayisədə 28,5 mln. manat və ya 2,6 dəfə çox), digər kommunal xidmətləri haqqının ödənilməsinə 29,7 mln. manat və sair xərclərə 42 mln. manat vəsait sərf edilib. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə