MBNP: Azərbaycan qiymətli kağızlar bazarında alət çeşidi artırılacaq

MBNP: Azərbaycan qiymətli kağızlar bazarında alət çeşidi artırılacaq

Azərbaycan qiymətli kağızlar bazarında gəlirlik yaradan aktivlərin likvid qiymətli kağızlara transformasiyasını təmin edən sekyuritizasiya fəaliyyəti haqqında qanun layihəsi hazırlanır.

REAL ONA-ya istinadla xəbər verir ki, qanun layihəsi qəbul olduqdan sonra bazarda alət çeşidlinin artımı müşahidə olunacaq.

“Bundan əlavə, Azərbaycan Dünya Bankı ilə birlikdə dövlət qiymətli kağızlar bazarının inkişafı layihəsinə start verib.

Dövlət qiymətli kağızları, bildiyiniz kimi, korporativ qiymətli kağızlar üçün “benchmark” (etalon) rolunu oynayır.

Dövlət qiymətli kağızlarının inkişafı korporativ qiymətli kağızların inkişafına dəstək olub.

Bununla bağlı artıq böyük bir layihəyə start verilib və işlər aparılmaqdadır.

Dövlət qiymətli kağızlar bazarının həcminin artırılması ilə biz dövlət borclanmasının əsasən kapital bazarları vasitəsilə həyata keçirilməsinə nail olacağıq”, - deyə S. İsmayılov bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə