UEFA Bakıda Avropa Liqasının ev sahibini seçməyi təxirə salıb

UEFA Bakıda Avropa Liqasının ev sahibini seçməyi təxirə salıb

UEFA İcraiyyə Komitəsinin mayın 29-da Bakıda keçiriləcək iclasının gündəliyində dəyişiklik edilib.

REAL ONA-ya istinadla xəbər verir ki, qurum ölkəmizdəki tədbirdə 2020/21 mövsümünün avrokubok yarışlarından ikisinin final matçının ev sahibi bəlli olacaq.

Öncədən bu rəqəmin üç olacağı açıqlanmışdı. Bakıda Avropa Liqası, qadınlar arasında Çempionlar Liqası və UEFA Superkubokunun 2021-ci ildəki həlledici qarşılaşmasının ev sahibi bilinməli idi. Lakin Avropa Liqasını qəbul edəcək stadionun seçilməsi təxirə salınıb.

Gürcüstanın paytaxtı Tbilisidəki Boris Payçadze adına "Dinamo" stadionu ilə İspaniyanın Sevilya şəhərindəki Ramon Sançes Pisxuan stadionu arasında seçim edən UEFA yekun qərarını sentyabrın 24-də verəcək. Bu, İcraiyyə Komitəsinin Sloveniya paytaxtı Lyublyanadakı yığıncağında rəsmiləşəcək.

Bakıda isə digər iki matçın ev sahibi bəlli olacaq. UEFA Superkuboku "Dinamo" stadionu (Minsk, Belarus), Olimpiya stadionu (Helsinki, Finlandiya), “Vindzor Park” (Belfast, Şimali İrlandiya), "Metalist" stadionu (Xarkov, Ukrayna) stadionlarından birinə veriləcək. Qadınlar arasında Çempionlar Liqasına yeganə iddiaçı olan "Qamla Ullevi" stadionunun (Qotenburq, İsveç) müraciətinə müsbət cavab verilməsi rəsmiləşəcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə