Türk Şurasının 7-ci sammiti oktyabrda Azərbaycanda keçiriləcək

Türk Şurasının 7-ci sammiti oktyabrda Azərbaycanda keçiriləcək

Azərbaycan bu ilin oktyabrında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammitinə ev sahibliyi edəcək.

REAL ONA-ya istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Türk Şurasının baş katibi Bağdad Amrayevlə görüşdə deyib. O, Özbəkistanı da bu zirvədə üzv kimi görmək istədiklərini dilə gətirib.

R.T.Ərdoğan deyib ki, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov görüşə fəxri qonaq qismində dəvət olunacaq. Türkiyə prezidenti həmçinin Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin Türk Şurasının fəxri sədri təyin edilməsini təklif etdiyini bildirib. Onun sözlərinə görə, təklif bütün üzv ölkələr tərəfindən dəstəklənib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə