Sərnişin və sürücülərin diqqətinə - VİDEO

Sərnişin və sürücülərin diqqətinə - VİDEO
Baş Dövlət Yol Polisi müraciət edib

Avroliqanın finalı ilə bağlı xarici ölkələrdən Bakıya gələcək qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkili üçün Baş Dövlət Yol Polisi İdarəsi aidiyyatı qurumlarla birgə zəruri tədbirlər görəcək.

Bununla bağlı, İdarə sərnişin və sürücülərə müraciət edib. 

Baş Dövlət Yol Polisi tövsiyə edir ki, may ayının 27-dən 30-dək olan müddətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edəsiniz. Məqsəd həmin günlərdə Bakıda nəqliyyat sıxlığını azaltmaq, avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətini təşkil etməkdir.

Respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlara isə Bakının giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlardan istifadə tövsiyə olunur. Bölgələrdən gələn şəxslər avtomobillərini həmin duracaqlarda saxlayaraq xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə bilərlər.

Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıt sakinlərinə də müraciət edib. Müraciətdə deyilir ki, Sumqayıt sakinləri avtobuslarla yanaşı Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından da istifadə edə bilərlər.

Final oyununa maraq yüksək olduğu nəzərə alınaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti də tədbirlər görəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova xarici futbol azarkeşlərinin Bakıya gəlişinin gözləniliməsi ilə əlaqədar, Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq.

“Azarkeşlərin bir çoxunun Gürcüstana səfər edərək oradan Bakıya gəlməsi ehtimalının böyük olduğunu nəzərə alaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti Tbilisidən Bakıya və əks istiqamətdə gedən müntəzəm marşrut xətləri üzrə avtobusların artırılmasına dair müvafiq daşıyıcılara tapşırıq verib. Həmin azarkeşlərə yüksək səviyyədə xidmət göstərilməsi məqsədi ilə 27-31 may tarixlərində mövcud “Bakı-Tbilisi-Bakı” marşrut xəttinə əlavə avtobuslar buraxılacaq. 27-31 May tarixlərində regionlarımızdan Bakıya gələcək və ölkənin turistik məkanlarına istirahət üçün üz tutacaq azarkeşlərin Quba, Qusar, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Qax şəhərlərinə rahat gediş-gəlişi üçün ümumilikdə əlavə olaraq 100 avtobus xəttə buraxılacaq”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının “Arsenal”-“Çelsi” futbol klublarının iştirakı ilə final oyunu keçiriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə