Ağdamda şəhid Ziyəddin İsgəndərovun doğum günü qeyd edilib

Ağdamda şəhid Ziyəddin İsgəndərovun doğum günü qeyd edilib

Şəhid Ziyəddin İsgəndərovun 50-ci doğum günü qeyd edilib.

REAL ONA-ya istinadən xəbər verir ki, 1992-ci ildə Ağdam Rayon Polis Şöbəsində xidmət etdiyi dövrdə torpaqların bütövlüyü uğrunda canından keçən Ziyəddin isgəndərovun xatirəsi onun adını daşıyan Ağdam rayon Çəmənli kənd tam orta məktəbində qeyd edilib.

Toplantıda şəhidin yaxınları, ailə üzvləri kənd sakinləri və döyüş yoldaşları iştirak edib. Tədbirdə çıxış edən şəhidin komandiri və qardaşı öz Ziyəddin İsgəndərovun şərəfli döyüş yolundan və onun göstərdiyi şücaətlərdən söhbət açıb.

Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalarla başa çatıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə