Millimiz mundiala yollanır - VİDEO

Millimiz mundiala yollanır - VİDEO
Dünya çempionatı Rumıniyada keçiriləcək

Şotokan karate üzrə Azərbaycan millisi mayın 24-də Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək 10-cu dünya çempionatına hazırlıqlarını davam etdirir.

Yarışa ciddi hazırlaşan milli komanda turnirdə tam heyətlə iştirak edəcək. Artıq millinin üzvləri təlim-məşq prosesinin son mərhələsindədirlər.

Ayın 26-da başa çatacaq yarışda 1000-dən artıq idmançı qeydiyyatdan keçib. 

Çempionat yeniyetmələr, gənclər və böyüklər arasında təşkil olunacaq.

Mundialda kişilərlə yanaşı qızlar da mükafatlar uğrunda mübarizə aparacaqlar.

Digər xəbərlər
Bu gün
Dünən