İrəvanın status-kvo dərdi - VİDEO

İrəvanın status-kvo dərdi - VİDEO
Münaqişədə əsas tərəflər Azərbaycan və Ermənistandır

Dağlıq Qarabağ münaqişəsində iki tərəf var, Azərbaycan və Ermənistan.

Dağlıq Qarabağın azərbaycanlı və erməni icması isə bu münaqişədə maraqlı rəfdir. Onların danışıqlar prosessinə qoşulması yalnız Azərbaycan və Ermənistan arasında çərçivə sənədi imzalandıqdan sonra mümkündür.

Bunu Ermənistan baş naziri Nikol Paşinyanın qondarma Dağlıq Qarabağ Respublikasının danışıqlarda iştirakı barədə bəyanatının REAL-a şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib.

Politoloq Arzu Nağıyev isə hesab edir ki, Ermənistan baş naziri tez-tez belə açıqlamalar verməklə danışıqlarda status-kvonu qorumağa çalışır.

Xatırladaq ki, Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda yalnız İrəvanın adından danışmağa hazır olduğunu bildiririr və mövcud formatın dəyişdirilərək qondarma rejimin də prosessə cəlb olunmasını təklif edir.

Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlamaları münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addımdır.

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və işğalın davam etməsi bilavasitə münaqişə tərəfi kimi Ermənistanın beynəlxalq hüquqi məsuliyyətini müəyyən edir"- deyə XİN-in bəyanatında bildirilirdi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə