Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək - VİDEO

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək - VİDEO

Fuad Abbasov May ayının 28- Azərbaycana deportasiya ediləcək.

Rusiyada fəaliyyət göstərən blogger və jurnalist Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi gün məlum olub.

Bunu REAL tv-yə açıqlamasında, Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində Fuad Abbasovla görüşdən sonra jurnalistin vəkili bildirib.

Elman Paşayev deyib ki, Fuad Abbasov hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən zorakılığa məruz qalıb. 

Vəkil müsahibəsində, həmçinin qeyd edib ki, Fuad Abbaosv qanunda nəzərdə tutulan qaydalar yerinə yetirildikdən sonra may ayının 28 Azərbaycana deportasiya ediləcək

Qeyd edək ki, Azərbaycan diaspor nümayəndələri Moskva Azərbaycan cəmiyyətinin sədri Oktay Hüseynov, Rusiyada Azərbaycan milli mədəni muxtariyyətinin təsiscisi Ramiz Mikayılov və digərləri miqrantlar üçün xüsusi saxlanma məntəqəsi önündə vəkillə jurnalistin durumu barədə danisaraq, atılacaq adımları müzakirə ediblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə