Taekvondo millimizdə “Milad“ bayramı - VİDEO

Taekvondo millimizdə “Milad“ bayramı - VİDEO
Harçeqani 2-ci dəfə dünya çempionu olub

Taekvondo üzrə Azərbaycan yığma komandasının üzvü Milad Harçeqani İngiltərədə keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.

80 kq-da mübarizə aparmış təmsilçimiz ardıcıl olaraq Kuba, Fransa, Moldova və Cənubi Koreyadan olan rəqiblərinə qalib gəlib.

Finalda yunanıstanlı Apostolos Telikostoqlunu məğlub etmiş Milad fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, Harçeqani ilk dünya çempionluğunu 2017-ci ildə Cənubi Koreyanın Mudju şəhərində qazanıb.

Qeyd edək ki, mundiala 10 idmançı ilə qatılmış millimiz yarışı bir qızıl və bir bürünc medalla başa vurub.

Miladdan öncə qadın taekvondoçu Fəridə Əzizova 67 kq çəki dərəcəsində yarışın bürünc mükafatına sahib olub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə