Girovlarla görüş - VİDEO

Girovlarla görüş - VİDEO
Beynəlxalq Qızıl Xaç Komitəsi onlara baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri girovlar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər.

Bu xəbəri REAL-a BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova verib.

O, təmsil etdiyi qurumun nümayəndələrinin bu ay Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkdiyini deyib.

 "Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”. 

Girov Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə REAL-a bildirdi ki, görüş barədə onlara yalnız şifahi məlumat verilir. Nə məktub alırlar nə də hər hansı bir görüntü.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub.

"Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə