Hesablama Palatasında kollegiya iclası keçirilib

Hesablama Palatasında kollegiya iclası keçirilib

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

REAL-ın Hesablama Palatasının məlumatına istinadən verdiyi xəbərə görə, kollegiya iclasında nəzarət tədbiri üzrə auditor hesabatı və Hesablama Palatasının rəyi barədə müvafiq qərar qəbul olunib. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi, Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq məlumatın təqdim olunması və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi  qərara alınıb.

İclasda, həmçinin Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı tövsiyə və qaydalar müzakirə olunaraq təsdiq edilib. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə