“Ankara-Zirvə“ zirvədə - VİDEO

“Ankara-Zirvə“ zirvədə - VİDEO
Basketbol yarışına yekun vurulub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir.

4 mindən çox idmançının mübarizə apardığı oyunlarda 3-3-ə basketbol üzrə qalib və mükafatçıların adlarına aydınlıq gəlib.

Qızlardan ibarət komandaların mübarizəsi Türkiyədə fəaliyyət göstərən Zirvə klubunun yetirmələrinin qələbəsi ilə yadda qalıb. Sumqayıt basketbolçuları ikinci yeri tutub. Ən güclü üçlüyü Qol fayvs klubunun qızları tamamlayıb.

Həlledici qarşılaşmaları Azərbaycan basketbol federasiyasının rəsmiləri və yığma komandanın aparıcı üzvləri də izləyiblər. 

Oğlanların yarışında da türkiyəli basketbolçular ali mükafata yiyələnib. Ankara Zirvə 3 və Təhsil 1 kollektivlərinin oyunu birincilərin zəfəri ilə yadda qalıb. Ankara Zirvə 1 basketbolçuları isə üçüncülük uğrunda görüşdə Elitar klubunu üstələyib. 

Qeyd edək ki, Zirvə beynəlxalq uşaq oyunlarında iştirakçılar 27 idman növündə bacarığını nümayiş etdirir. Gələcək illərdə analoji yarışın Moldovada keçirilməsi planlaşdırılır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə