Güclü külək və dolu - VİDEO

Güclü külək və dolu - VİDEO
Təbiət hadisəsi Zaqatalada fəsadlar törədib

Güclü külək və dolu Zaqatalada bir sıra fəsadlar törədib.

Mayın 19-u axşam saat 22 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində 2 saata qədər davam edən qeyri-sabit hava şəraiti hökm sürüb. 

Rayonun bir çox ərazilərində dolu, qısamüddətli leysan, yağış və güclü külək müşahidə olunub. Güclü külək nəticəsində rayon mərkəzi daxil olmaqla, bir çox ərazilərdə ağaclar aşıb, elektrik və rabitə xətləri qırılıb. 

Rayon mərkəzində bir neçə yaşayış binasının və fərdi evlərin dam örtüyünü külək aparıb, ağaclar aşıb, avtomobillərə ciddi ziyan dəyib. Rayon mərkəzinin bir çox hissəsinə güclü dolu yağıb. 

Rayonun 70 faizdən çox ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. 

Hazırda Rayon Fövqəladə Hallar Komissiyasının üzvüləri həmin ərazilərə baxış keçirirlər.

Dəymiş ziyan hesablanır, fesadlar aradan qaldırılır.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə