F.Abbasov məsələsi ali məhkəmədə - VİDEO

F.Abbasov məsələsi ali məhkəmədə - VİDEO
Vəkili onun saxlanılması ilə bağlı rusiya ali məhkəməsinə müraciət edəcək

Rusiyada qanunsuz yaşamaqda ittiham edilən Azərbaycanlı jurnalist Fuad Abbasov hal-hazırda Karolyov vilayətində yerləşən xaricilərin müvəqqəti saxlama mərkəzindədir.

Bu barədə REAL-a jurnaslitin vəkili Elman Paşayev məlumat verdi.

Onun sözlərinə görə jurnalistə qarşı qaldırılan bütün ittihamlar tamailə əsassızdır. Çünki Fuad Abbasovun və onun ailəsinin burada daimi qeydiyyatı var. 

"Mən bu gün çox çətinliklə məhkəmənin qərarını aldım. İndi bizim növbəti işimiz Ali məhkəmədədir. Sabahda onun yaşamaq icazəsinin arxa tarixlə sıfırlanmasını araşdıracam. Bu təmiz siyasi sifarişdi. Bizim üzdən iraq qonşularımızın işləridi hamısı. Qanunla Fuad bu gün ordadı və qərar hələ qüvvəyə minməyib. On gün bizim etiraz etmək vaxtımız var. Mən sabah onsuzdə etiraz edəcəm. İndi bu gün mən Fuadla görüşəcəm gedəcəm yanına". 

Fuad Abbasov 1998-ci ildən Rusiyada yaşayır. Türkiyənin bir neçə media quruluşunun Moskva müxbiri olan jurnalist Rusiya teleməkanında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı tok-şoularda rəsmi Bakının mövqeyinin ən qatı müdafiəçisi kimi tanınır. İnformasiya müharibəsində azərbaycan həqiqətlərini irəli aparmaqda hər zaman aktivliyi ilə seçilir.

Dağlıq Qarabağ probleminin həll olunmaması rus və erməni yönümlü və erməni əsilli siyasətçilərə sərf edir. Çünki Rusiya bu münaqişədən Azərbaycan və Ermənistanı manipulyasiya etmək və regionda nəzarəti əldə saxlamaq üçün istifadə edir. Bununla Rusiya bu regionun müstəqil beynəlxalq siyasət aparmasına imkan yaratmır.

Bir neçə ay öncə Fuad Abbasov azərbaycanlılar və çeçenlər arasında baş verən qanlı toqquşmadan sonra provokasiyaların genişlənməməsi üçün tərəflər arasında barış missiyasını yerinə yetirməsi ilə gündəmə gəlmişdi. Missiya uğurla nəticələnəndən sonra Rusiyanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bir neçə Azərbaycan icması onun başçılığı ilə yeni diaspor qurumu yaratmaq təşəbbüsü irəli sürmüşdülər.

Ancaq Rusiya Azərbaycanlıları Konqresi və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin təşəbbüsə etirazlarından sonra məsələ açıq qalmışdı.

REAL tv-yə müsahibəsində də Fuad Abbasov Rusiya kimi böyük eləcədə erməni diasporasının güclü olduğu bir ortamda Azərbaycanın bu ölkədə güclü bir diaspora yaratmasına ehtiyac olduğunu bildirmişdi.

Qeyd edək ki, Moskva şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaq üçün olan icazəsini ləğv edib. Rusiyada yaşamaq barədə icazəsinin ləğv edilməsindən xəbərsiz olan azərbaycanlı fəal mayın 16-da hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə