Vladimir Zelenski and içib - VİDEO

Vladimir Zelenski and içib - VİDEO
Mərasimdə xarici dövlət başçıları da iştirak ediblər

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin inauqurasiya mərasimi baş tutub.

Zelenski Ali Radada and içərək ölkə başçısı vəzifəsini rəsmi olaraq qəbul edib.

Mərasimdə Litva Prezidenti Dalya Qribauskayte, Macarıstan Prezidenti Yanoş Ader, Latviya Prezidenti Raymonds Veyonis, Estoniya Prezidenti Kersti Kalyulayd, Gürcüstan Prezidenti Salome Zurabişvili iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Oqtay Əsədov rəhbərlik edir.

Andiçmədən sonra sonra Zelenskinin xarici dövlət başçıları və hökumət üzvləri ilə Prezident Administrasiyasında görüşü gözlənilir.

Xatırladaq ki, Ukraynanın Mərkəzi Seçki Komissiyası aprelin 30-da prezident seçkilərinin yekun nəticələrini rəsmən açıqlayıb.

İkinci turda 73,22 faiz səsqazanmış Zelenski qələbə qazanıb, Petro Poroşenko isə 24,45 faiz səs toplayıb.  

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə