Futbol festivalı başlayır - VİDEO

Futbol festivalı başlayır - VİDEO
Yarış əksər bölgələri əhatə edəcək

Azərbaycanda “Topaz Futbol Festivalı 2019” turniri keçiriləcək.

Bugün festivalın təşkili ilə bağlı təqdimat mərasimi baş tutub. Tədbirdə təşkilatçılarla yanaşı, Dünya Mini Futbol Federasiyasının Hakimlər Komitəsinin üzvü Əfqan Həmzəyev, futbol veteranı Gülağa Cabbarov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Festival ümumilikdə 7 bölgəni əhatə edəcək. Yarışlara 56 komanda, 672 iştirakçı, və onlarla könüllü qatılacaq.

Oyunlara 28 may tarixində Qusarda start veriləcək.

Xocavənd turniri adı çəkilən bölgənin idman kompleksində keçiriləcək. Lənkəranlı həvəskar futbolçular festival 16 iyun tarixində qoşulacaq. Daha sonra ardıcıl olaraq Gəncə, Qax və Sumqayıtın komandaları münasibətlərinə aydınlıq gətirəcək. Ayrı-ayrı bölgələrin birinciləri 14 iyulda bakıda baş tutacaq final mərhələsində üz-üzə gələcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə