Qoca və uşaq - VİDEO

Qoca və uşaq - VİDEO
Kanadada uşaq evi ilə qocalar evini birləşdiriblər

Uşaq evin yaraşığı, Qoca evin sütunudur. Kanadada bu sütunla yaraşığı bir araya gətiriblər.

Daha dəqiq desək, qocalar evi ilə uşaq evini birləşdiriblər. Bu birləşmədən isə ortaya gözəl bir mənzərə çıxıb. Valideyn himayəsindən məhrum uşaqlar isti əllərlə, övladından nəvəsindən ayrı düşən yaşlılar isə körpələrin sevgisi ilə əhatələnib. Hələ bu sevginin ürəyə, cana nə qədər yaşama eşqi bəxş etməsindən danışmıram. Elə belə ideyanı düşünərək həyata keçirənlərin də məqsədi budur.

Həkimlər uşaqlarla ünsiyyətdə olan həmin yaşlıların bütün həyatı funksiyalarının yaxşılaşdığını , gözlərinə işıq gəldiyini və yaşam güclərinin artdığını müəyyən ediblər. Uşaqlar gələnə qədər yaşlıların sönük gözləri onları mumyaya bənzədirmiş. Uşaqlardakı isə sıxıntı, qorxu , kədər , güvənsizlik hissi isə şıltaq səs küylə əvəz olunub. Kimsə heç vaxt sahib olmadığı ailəyə sahib olub, kimsə nəvələrlə əhatələnib. Belə bir təcrübə isə ölkəmizdə də həyata keçirilə bilər. Bu barədə ailə , qadın və uşaq problemləri üzrə dövlət komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Uşaq Hüquqlarının Müdafiəsi liqasının sədri Yusif Bəkirov da belə bir proqramı dəstəkləyir , amma onun Azərbaycanda icrasını isə qeyri mümkün adlandırır. Buna səbəb isə belə bir proqrama kifayət qədər böyük vəsaitin lazım olmasıdır.

Elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də hələ ki belə proqramların Azərbaycanda icrası ilə bağlı məsələ müzakirə olunmur. Nazirliyin Mətbuat katibi Fazil Talıblı hazırda belə bir birləşmənin deyil, əksinə, ahıllar və uşaqlar üçün evlərin, müəssələrin sayının və funksianallığının artırılması ilə bağlı işlərin görüldüyünü bildirdi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə