Demokratiyanın sağ əli - VİDEO

Demokratiyanın sağ əli - VİDEO
Sabir Rüstəmxanlının 73 yaşı tamam olur

Mən ona həmişə demokratiyanın sağ əli deyirəm. Ona görə yox ki, Sabir Rüstəmxanlının adı Azərbaycana müstəqillik və demokratiya anlayışaları ilə birlikdə gəlib. Ona görə ki, Sabir Rüstəmxanlı demokratiyanın mahiyyətini bizə daha yaxından tanıdıb. Azad düşüncəsi, müstəqil yanaşmaları ilə deyil, həm də azad rəftarı ilə. Məsələn, onun sağ əli həmişə cibindədir. İstər müsahibə zamanı, istər müzakirə zamanı...İstər böyüyün qarşısında, istər kiçiyin.... 

Bizim gəncliyimizin qəhrəmanı idi Sabir Rüstəmxanlı. Onu təkcə meydan tribunalarındakı odlu alovlu çıxışlarından havada sıxılmış yumruğundan , yarılmış başından tanımırdıq, həm də Ömür kitabından tanıyırdıq. Bir də redaktoru olduğu “Azərbaycan” qəzetindən. O illərdə jurnalist olmaq istəyən biz gənclər üçün ortada bir nümunə var idi. Sabir Rüstəmxanlının Azərbaycanı! Biz onun səhifələrini oxuya-oxuya yetişdik. Azərbaycanı sevən, onu müstəqil görmək istəyən biri kimi.. Şəxsən mən buna görə Sabir Rüstəmxanlıya minnətdaram.. 

Bir dəfə bir müsahibəsini oxumuşdum. Səhv etmirəmsə 70 yaşın müsahibəsi idi. Deyirdi ki, 70 ilin 30 ilini yaşamamışam. Kirayələri, ehtiyacları nəzərdə tutub deyirdi. Mənsə deyərdim ki, o 73 ilin hamısını yaşayıb. Özü də elə yaşayıb ki, bir ömür ktabına sığışmayacaq qədər maraqlı, zəngin, yaddaqalan.....Təbrik edirik Sabir bəy. 83 yaşında da ömür kitabınıza əlavələri özünüz edəsiniz. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə