Azərbaycan minik avtomobillərinin istehsalını 3 dəfədən çox artırıb

Azərbaycan minik avtomobillərinin istehsalını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 69,3 mln. manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,1% azdır.

REAL ONA-ya istinadla xəbər verir ki, hesabat dövründə ölkədə 436 ədəd minik avtomobili istehsal olunub. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə çoxdur.

Məlumata əsasən, yanvar-aprel aylarında Azərbaycanda traktor istehsalı 10,7% azalaraq 451 ədəd təşkil edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə