TRACECA-nın Azərbaycan hissəsində yük daşımaları azalıb

TRACECA-nın Azərbaycan hissəsində yük daşımaları azalıb

Bu ilin birinci rübündə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12,6 mln. ton olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6% azdır.

REAL ONA-ya istinadla xəbər verir ki, 2019-cu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12 565,4 min ton, yük dövriyyəsi isə 2 662,3 mln. ton-km olub.

Məlumata əsasən, dəhliz üzrə yüklərin 8 134,1 min tonu və ya 64,7% avtomobil nəqliyyatı, 3 137,0 min tonu və ya 25% dəmir yolu nəqliyyatı, 1 294,3 min tonu və ya 10,3% dəniz nəqliyyatı ilə daşınıb.

Bundan başqa, dəhliz vasitəsilə daşınmış yüklərin 16,3% və ya 2 052,4 min tonunu tranzit yüklər təşkil edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə