Tovuzda bir ailənin 5 üzvü balıqdan zəhərlənib

Tovuzda bir ailənin 5 üzvü balıqdan zəhərlənib

Tovuz rayonunda 5 nəfər qidadan zəhərlənib.

REAL ONA-ya istinadla xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

Belə ki kənd sakinləri 8 yaşlı Rəvan Əliyev, onun həm yaşıdı Həsən Əliyev, 2 yaşlı Mehriban Əliyeva, 33 yaşlı Məlahət Məmmədova və 34 yaşlı Rəşad Əliyev zəhərlənmə diaqnozu ilə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Onların balıqdan zəhərləndiyi ehtimal olunur.

Xəstəxanadan bildirilib ki, onlara yardım göstərilib daha sonra isə zəhərlənən  xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, zəhərlənənlər bir ailənin üzvü olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə