AFFA üç oyunçunu 1 illik diksvalifikasiya edib

AFFA üç oyunçunu 1 illik diksvalifikasiya edib

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

REAL ONA-ya istinadla xəbər verir ki, yığıncaqda futzal üzrə Yüksək Liqanın “Araz” – “Xəzər Cənub” matçında baş verənlər əsas müzakirə mövzusu olub.

Oyun başa çatdıqdan sonra yaşanan xoşagəlməz hadisə ilə bağlı müvafiq qərar çıxarılıb. Komitə “Xəzər Cənub” komandasının oyunçuları Raşid Qalapur, Amid Şocayi, cəzalı olduğuna görə oyunu tribunadan izləyən, amma qarşılaşma başa çatdıqdan sonra meydana daxil olan İsaq Surqalının hərəkətlərinə hüquqi qiymət verilib.

Hakimə fiziki təzyiq göstərən hər üç futzalçı 12 ay müddətinə diskvalifikasiya edilib. Oyunçular göstərilən müddətdə AFFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.

Matçdan sonra hakimi təhqir edən “Xəzər Cənub”un digər futzalçısı Hamid Raşidi 3 oyunluq cəza alıb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə